Son bir gündə 542 mindən çox insanda COVID-19 aşkarlanıb


Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 542 min artaraq 58,42 milyonu ötüb.



“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 7,8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,38 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 58 425 681 yoluxma və 1 385 218 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində 542 757 nəfər, ölənlərin sayı 7 825 nəfər artıb.

Gün ərzində yoluxmaların çoxu (251 823) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (189 511), üçüncü yerdə cənub-şərqi Asiya (53 986) qərarlaşıb.

Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 123 yoluxma təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu