Tbilisidə silahlı şəxslər klinikanı qarət edib


Tbilisidə Dəniz Xəstəxanasına iki nəfər silahlı şəxs hücum edib.



“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə ötən gün baş verib.

Həmin şəxslər klinikaya daxil olmağa cəhd ediblər. Mühafizəçilər onların silahlı olduğunu görüb buna imkan verməyiblər. Nəticədə basqınçılar mühafizəçilərə atəş açıblar.

Binaya daxil olan silahlı şəxslərin xəstəxanadan 3 500 lari pul oğurladığı bildirilir.

İnsident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu