Rusiya Qara dənizdə Britaniya təyyarəsinin yaxınlığında raket atıb


Rusiya reaktiv təyyarəsi Britaniya Hərbi Hava Qüvvələrinə (RAF) məxsus təyyarə yaxınlığında raket atıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

O qeyd edib ki, sentyabrın 29-da Rusiya təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında patrulluq edən Britaniya təyyarəsi yaxınlığında raket buraxıb.

Rusiya hadisənin texniki nasazlıq olduğunu bildirib.

Ben Uolles bildirib ki, o, narahatlığını ifadə etmək üçün Moskvadakı müdafiə qərargahının rəisinə bunun potensial təhlükəli hərəkətlər olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu