Məşhur türk aktyor deputatlığa namizədliyini verib


Məşhur türk aktyor Mehmet Aslantuğ Türkiyə Böyük Millət Məclisinə deputatlığa namizədliyini verib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş açıqlama verib. O, bir çox kino və filmlərdə rol alan aktyor Mehmet Aslantuğun Türkiyə Fəhlə Partiyasından millət vəkili namizədi olduğunu açıqlayıb.

"Onu təkcə unudulmaz rollarına görə deyil, planlı bir təxribata məruz qalan Ahmet Kayanı cəsarətlə müdafiə etdiyinə görə hər zaman minnətdarlıqla xatırlayırıq. Namizədlik təklifimizi qəbul edərək bizə güc verən əziz Mehmet Aslantuğa təşəkkür edirəm" - deyə Erkan Başın verdiyi açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu