Sudanda kəskin ərzaq, su və dərman çatışmazlığı yaranıb


Sudanda davam edən hərbi əməliyyatlar fonunda kəskin ərzaq, su, yanacaq və dərman çatışmazlığı yaranıb, bu malların qiymətləri dəfələrlə artıb.


“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.

Qıtlıq Xartum və ətraf rayonlarda daha kəskindir. Hərbi əməliyyatlar şəraitində nağd pul əldə etmək asan deyil. Daha əvvəl bankların bağlandığı, bank proqramlarının isə xətalarla işlədiyi bildirilmişdi.

Yüzminlərlə sudanlı zorakılıqdan qurtulmaq üçün qonşu ölkələrə qaçır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından qaçqınlarla bağlı məsələlərlə məşğul olduqlarını bildiriblər. Onların hesablamalarına görə, qarşıdurmalara görə elə təkcə Çad və Cənubi Sudanla sərhədi 270 minə yaxın insan keçəcək. Eyni zamanda, bir çoxları regionun digər ölkələrinə - Misir, Eritreya, Efiopiya, Mərkəzi Afrika Respublikası və Liviyaya gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu