“Qardaşlamış şəhərlər” turizmin inkşafında mühüm rol oynayır


Turizm sənayesinin inkişafının əsas formalarından biri beynəlxalq səyahətlərin təşkili məsələsidir. Bunun üçün ölkələr arasında ikitərəfli müqavilələrin imzalanması tələb olunur.


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyevin AFN.az-a dediyinə görə, hələ keçən əsrin 70-ci illərində H.Əliyev Azərbaycanın xarici ölkələrə açılması üçün o dövrün “qardaşlaşmış şəhərlər” siyasətindən istifadə etmişdi. Odur ki, Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafında “qardaşlamış şəhərlər” hərəkatının mühüm rolu olub: “Mədəni və iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına yaxşı təsiri olan bu hərəkat Azərbaycanda 1970-90-cı illərdə yüksələn xətt üzrə inkişaf edib və dünyanın müxtəlif ölkələrinin 13 şəhəri ilə dostluq əlaqələri yaradılıb. Buna misal olaraq, Bakı-Dakar (Seneqal), Bakı-Sarayevo (Yuqoslaviya), Bakı-İzmir, Bakı-Neopol (İtaliya), Bakı-Bordo (Fransa), Bakı-Hyuston (ABŞ), Bakı-Mayens (AFR), Bakı-Bəsrə (İraq), Bakı-Vinqatau (Vyetnam), Sumqayıt-Piteşti (Rumıniya), Sumqayıt-Lüdviqşafen (AFR), Gəncə-Bursa və Abşeronla Razqrad (Bolqarıstan) ilə dostluq əlaqələrini göstərmək olar. Bu əlaqələr qarşılıqlı turist səfərləri ilə daha da möhkəmləndirildi. Yeri gəlmişkən, qeyd edək ki, 1981-ci ildə Bakıda Ümumdünya Qardaşlamış Şəhərlər Federasiyasının “Dil və şəhər” mövzusunda keçirilmiş beynəlxalq konfransında Avropa, Asiya, Afrika və Latın Amerikasının qardaşlaşmış şəhərlərinin nümayəndələri iştirak edib. Konfransda razılaşdırılmış qərara görə növbə ilə qardaşlaşmış şəhərlər arasında mədəniyyət günlərinin keçirilməsi ölkələr arasında dostluğun, mədəni-iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayıb”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu