81 yaşlı Marta Stüart "Sports Illustrated" jurnalının üz qabığına çıxan ən yaşlı modeldir - FOTO


Amerikalı televiziya aparıcısı və yazıçı, ev iqtisadiyyatı ilə bağlı məsləhətləri ilə tanınan Marta Stüart "Sports Illustrated" jurnalının üz qabığında fotosu dərc edilən ən yaşlı qadındır.


AFN.az xəbər verir ki, foto nəşrin saytında dərc olunub.

81 yaşlı məşhur dərin dekolteli bir parça ağ çimərlik paltarının üstünə geyindiyi narıncı papaqda fotoqrafa pozalar verib. Eyni zamanda iş qadınının saçları boş olub, üzünə çılpaq çalarlarda makiyaj edilib. Yerləşdirilən kadrlardan iş qadınının böyük qiymətli daşla üzük də taxdığı görünür.

Jurnal üçün fotosessiyada teleulduzdan başqa, aktrisa Meqan Foks, model Bruks Nader və müğənni Kim Petras da iştirak edib. Stüartın görüntülərini fotoqraf Reuven Afandor çəkib. Qeyd olunur ki, bu çəkiliş Dominikan Respublikasında baş verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu