Balidə əcnəbilərə qadağalar haqqında məlumat olan kartlar veriləcək


Balidə nə edə biləcəyiniz və edə bilməyəcəyiniz haqqında məlumatı olan kartınız olmasa, sizə çətin olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, belə bir kart ölkəyə gələn əcnəbilərə veriləcək. Bu barədə “Detik” portalı Bali ştatının qanunvericilik və insan hüquqları departamentinin rəhbəri Angiata Napitupuluya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əcnəbilərə adaya gəldikdən sonra verilən kartda qadağalar barədə məlumat olacaq. "Bu qadağalar kartda qeyd olunacaq və immiqrasiya məmuruna veriləcək. Beləliklə, əcnəbilər Ngurah Rai hava limanına çatanda kart onlara təqdim ediləcək. Angiata Napitupulu vurğulayıb ki, hazırda qaydalar toplusu hazırlanma mərhələsindədir.

Bali Turizm İdarəsi həmçinin turistlərin adada nə edə bilib-bilməməsini tənzimləyən broşürlər yaymağı planlaşdırır. İndoneziyanın Ədliyyə və İnsan Haqları Nazirliyi isə adanın küçələrində turistlər üçün rus dilində xəbərdarlıqlar yerləşdirib. Bu xəbərdarlıqlar qanunu pozmamaq və ya mövcud qanunvericiliyə hörmətsizlik etməməklə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu