Bali ildə 400 min turist üçün kvota tətbiq etmək istəyir


Bali hakimiyyəti Butandan nümunə götürərək adaya əcnəbilərin girişini məhdudlaşdırmaq və ildə 400 min turist üçün kvota tətbiq etmək istəyir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziyanın məşhur kurortunun qubernatoru Vayan Koster bildirib.

O, qeyd edib ki, Baliyə turist axını ciddi şəkildə məhdudlaşdırılmayacaq. Ancaq indi yerli hakimiyyət adaya gələn turistlərin sayına deyil, onların keyfiyyətinə diqqət yetirmək istəyir.

"Əslində, ideal olaraq, Butandakı kimi bir kvota tətbiq etmək istəyirik" - deyə Koster izah edib və əlavə edib ki, oradakı həyat fəlsəfəsi Bali fəlsəfəsinə bənzəyir. Onun sözlərinə görə, onlar da təbiətə, ətraf mühitə çox diqqətli və hörmətlə yanaşırlar.

Qubernator vurğulayıb ki, Asiya krallığına gələn səyahətçilərin bir neçə gün ərzində dolanmaq üçün özləri ilə müəyyən məbləğdə pulu olmalıdır. Kosterin sözlərinə görə, məhz buna görə turistlər Butana buraxılmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu