Ukraynalı qaçqınların sayı açıqlanıb


Ukrayna parlamentinin insan hüquqları üzrə komissarı Dmitri Lubinets 8 milyondan çox ukraynalının qaçqın həyatı yaşadığını açıqlayıb.


AFN.az xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatı başlayandan sonra milyonlarla ukraynalı təhlükəsiz yer axtarmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb. Nəticədə 8 milyondan çox vətəndaş qaçqın düşüb, 5 milyondan çoxu qonşu ölkələrdə müvəqqəti yaşamaq üçün müraciət edib.

Ombudsman ukraynalıları qəbul edən və onlara sığınacaq verən bütün ölkələrə təşəkkür edib.

Bundan əvvəl Lubinets Rusiyanın nəzarətində olan ərazilərdə yaşayan həmvətənlərinə Rusiya pasportu almağı məsləhət görüb. Onun sözlərinə görə, həyatlarını xilas etmək üçün mümkün olan hər şeyi etməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu