Niderland hava məkanına yaxınlaşan Rusiya döyüş təyyarələri dayandırılıb


Niderlan hava məkanına yaxınlaşan iki Rusiya döyüş təyyarəsinin Danimarka hava məkanında dayandırıldığını açıqlayıb.


Niderland Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, saat 07:00 radələrində Rusiyaya məxsus 2 ədəd F-16 döyüş təyyarəsinin Hollandiya hava məkanına yaxınlaşdığı müəyyən edilib.

"Quick Response Alert" (QRA) sistemləri işə salındıqdan sonra təyyarə Danimarkanın hava məkanında olarkən bu dövlət tərəfindən dayandırılıb.

Bəyanatda deyilir ki, bu cür hadisələr nadir hallarda baş verir, lakin buna baxmayaraq, sürətli yerləşdirmənin vacibliyini nümayiş etdirir.

Açıqlamada həmçinin Niderland F-16-larının 24 saat həyəcan vəziyyətində olduğu, xarici bir təyyarənin olması təsbit edildiyi təqdirdə dəqiqələr ərzində hərəkətə keçə biləcəkləri də vurğulanıb.

Belçika və Niderlandın növbə ilə hava məkanına nəzarət vəzifəsini üzərinə götürdüyü bildirilən açıqlamaya görə, iki ölkə bütün Benilüks (Belçika, Niderland və Lüksemburq) ərazisini nəzarətdə saxlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu