Almaniya miqrant axını ilə bağlı fövqəladə vəziyyət yaşayır - prezident


Almaniyanın miqrantları qəbul etmək imkanları xüsusilə Ukraynadan gələn qaçqın axınına görə tükənib.


Bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

"Almaniyanın İtaliya kimi, miqrantları qəbul etmək imkanının son həddə çatıb" - deyə o bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdən gələn miqrantların Avropa İttifaqındakı ümumi sayının üçdə birini, Ukraynadan isə bir milyondan çox qaçqını qəbul edən Almaniya fövqəladə vəziyyət yaşayır.

Prezident həmçinin Avropa İttifaqının xarici sərhədlərinə daha ciddi nəzarətin qurulmasının, Avropaya gələn miqrantların bölgüsü üçün daha ədalətli sistemin qurulmasının, habelə insan qaçaqmalçılarına qarşı daha səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu