Çexiyada fövqəladə vəziyyət elan olundu


Martın 4-də Ukraynadan gələn qaçqınların sayının artması ilə əlaqədar Çexiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Qərar 30 gün ərzində etibarlı olacaq, uzadılması sonrakı hadisələrdən asılıdır.

“Fövqəladə vəziyyət sırf texniki səbəblərə görə tətbiq edilir ki, biz Ukraynadan olan qaçqınların qəbulunu (və lazım olan hər şeyi təmin edək - red.) təmin edək. Bu, Çexiya vətəndaşlarına heç bir şəkildə təsir etməyəcək. Biz Ukraynadan olan qaçqınlar və onlara yardımla məşğul olanlar (vətəndaşlar - red.) üçün fövqəladə vəziyyət tətbiq edirik”, - deyə hökumətin açıqlamasında bildirilib.

Məlumata görə, hər gün Ukraynadan Çexiyaya orta hesabla 5 min insan gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu