Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb


Moldova parlamenti hökumətin tələbi ilə ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.


Hökumətin tələbi ilə müzakirəyə çıxarılan məsələyə hakim Fəaliyyət və Həmrəylik Partiyasından (PAP) 61 deputat səs verib.

Moldovanın Baş naziri Dorun Reçan bildirib ki, Ukraynadakı müharibənin nəticələri Moldovada da hiss olunur. Bu müddətdə ölkədə qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı, həmçinin hibrid müharibəyə qarşı mübarizə göstərilib. O səbəbdən də fövqəladə vəziyyətin uzadılması zəruri hesab edilir.

Moldovada fövqəladə vəziyyət 2022-ci il fevralın 24-də tətbiq edilib. Rejim sonradan altı dəfə 60 gün, bir dəfə isə 45 gün uzadılıb. Sonuncu dəfə fevralın əvvəlində qərar qəbul edilib. Həmin vaxt daha 60 gün uzadılan fövqəladə vəziyyət aprelin 5-də başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu