Sabiq deputatın oğlu hakim qarşısına çıxır
Sabiq deputat, iş adamı Əsabil Qasımovun oğlu hakim qarşısına çıxır.
“Ölkə.Az”ın məlumatına görə, Taleh Qasımov Əsabil oğlu “Optilan Azərbaycan” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - icarə müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub.
“Optilan Azərbaycan” MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Jason Keith-dir.