Qlobal bərpa olunan enerji potensialı 2,5 dəfə artacaq
Qlobal bərpa olunan enerji potensialının 2030-cu ilə qədər görünməmiş sürətlə 2,5 dəfə artacağı proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyinin (IEA) 2024-cü il hesabatına görə, dünyada bərpa olunan enerji potensialında ən sürətli artım son 30 ildə müşahidə edilir.
Keçən il dünyada 2022-ci illə müqayisədə 510 giqavat olmaqla 50 faiz çox bərpa olunan enerji tutumu istifadəyə verilib və bu artımın 75 faizi günəş enerjisi hesabına təmin edilib.
Çin qlobal bərpa olunan enerjisində artıma liderlik edərkən, Avropa, ABŞ və Braziliyada bərpa olunan enerji potensialının artması da rekord səviyyələrə çatıb.
Ölkələrin enerji təchizatı təhlükəsizliyində, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan bərpa olunan enerjinin artımının tədricən sürətlənəcəyi proqnozlaşdırılsa da, 2028-ci ilə qədər dünyanın bərpa olunan enerji tutumunun 7300 gigavata çatacağı təxmin edilir.
Bu artım tempi davam etdikcə, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının indiki səviyyəsindən 2,5 dəfə artacağı proqnozlaşdırılır. Bu artımın 95 faizinin günəş və külək enerjisindən əldə ediləcəyi gözlənilsə də, 2025-ci ilə qədər bərpa olunan enerji mənbələrinin ən böyük elektrik enerjisi istehsalı mənbəyi olan kömürü ötəcəyi təxmin edilir.