Yeni Zelandiya 100 faiz bərpa olunan enerjiyə keçən ilk ölkə olmağı hədəfləyir


Yeni Zelandiyanın Baş naziri Kris Hipkins, 100% bərpa olunan enerji hədəfinə çatan ilk ölkə ola biləcəklərinə inandığını bildirib.


AFN.az xəbər verir ki, o, bu mövzuda dünyanın ən böyük aktiv idarəetmə şirkəti "BlackRock" ilə çalışdıqlarını deyib. Hipkins jurnalistlərə ölkənin tamamilə bərpa olunan enerjiyə keçid planı haqqında məlumat verib.

Hipkins, Yeni Zelandiyanın dünyada 100% bərpa olunan enerji hədəfinə çatan ilk ölkə ola biləcəyinə inandıqlarını qeyd edib.

Ölkəsi üçün böyük imkanların "iqlim liderliyində" olduğunu ifadə edən Hipkins, "BlackRock" tərəfindən təmin edilən 2 milyard dollarlıq fondun bir ölkədə indiyə qədər edilən ən böyük dekarbonizasiya sərmayəsi olacağını açıqlayıb.

Təqib etdikləri siyasətlərin karbon emissiyalarının azaldılmasında təsirli olduğunu və bu sahədə son 9 ildə ən aşağı rəqəmə çatdıqlarını qeyd edən Hipkins, iqlim infrastrukturu fondunun Yeni Zelandiyanın yenilənə bilən enerji intellektual mülkiyyətinin inkişaf etdirilməsi mənasını verəcəyini vurğulayıb.

Hipkins qeyd edib ki, bu gün Yeni Zelandiyanın 100 faiz bərpa olunan enerjiyə keçidində və 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfində dönüş nöqtəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu