Yeni zelandiyalılar İndoneziyada girov götürüldü


İndoneziyanın Qərbi Papua əyalətində "Susi Air" aviaşirkətinin təyyarəsi sərnişinləri və pilotu ilə birgə girov götürülüb.


AFN.az xəbər verir ki, girovlar yeni zelandiyalıdırlar. Bu barədə Yeni Zelandiyanın baş naziri Kris Hipkins məlumat verib. Onun sözlərinə görə, Yeni Zelandiya hakimiyyəti İndoneziyadakı insidentlə bağlı hələ tam məlumat almayıb, lakin hökumət və ölkənin İndoneziyadakı səfirliyi problemlə məşğul olurlar.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi məxfiliyə ehtiyac olduğunu əsas gətirərək şərh verməkdən imtina edib.

Hücuma görə məsuliyyəti İndoneziyada terror təşkilatı sayılan Qərbi Papuadakı separatçı qruplardan birinin silahlıları üzərinə götürüb. Onlar İndoneziya hökuməti regionun müstəqilliyini tanımayana qədər Yeni Zelandiya vətəndaşlarının azad edilməyəcəyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu