Yeni Zelandiyanın şimalında tropik siklonla əlaqədar fövqəladə vəziyyət elan edilib


Yeni Zelandiyanın şimal-şərq sahillərini vuran "Qabriel" tropik siklonu səbəbindən Şimal adasının əksər hissəsində fövqəladə vəziyyət elan edilib.


AFN.az xəbər verir ki, bu barədə Yeni Zelandiya hökumətinin başçısı Kris Hipkinsin Facebook səhifəsində dərc olunmuş bəyanatında bildirilir. Baş nazir qeyd edib ki, ölkənin ən böyük şəhəri - Oklend və ətraf Gisborne, Coromandel və Northland rayonlarının sakinləri üçün ən yüksək həyəcan səviyyəsi elan edilib. Şimal adasının qalan hissəsi və Cənub adasının şimal ucu üçün nisbətən yumşaq narıncı səviyyə elan edilib. "Sakinlər fövqəladə hallar işçilərinin və fövqəladə hallara müdaxilə qruplarının göstərişlərinə əməl etməlidirlər”, - deyə Hipkins bildirib. O, əlavə edib ki, ölkənin hava proqnozu növbəti 24 saat ərzində siklonla əlaqədar "pisləşəcək”.

Bazar ertəsi günortadan sonra elektrik xətlərini zədələyən güclü külək səbəbindən Oklend və ətraf rayonlarda 18,5 minə yaxın ev işıqsız və rabitəsiz qalıb. Bu haqda isə Yeni Zelandiyanın Milli Mülki Müdafiə və Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib. Metropolda ictimai nəqliyyatın və şəhərətrafı qatarların hərəkəti, hava limanının fəaliyyəti dayandırılıb, bir neçə magistral yol bağlanıb. Rayonun əksər məktəbləri, həmçinin uşaq bağçaları, kitabxanalar, idman obyektləri işini müvəqqəti dayandırıb.

Ölkənin Dövlət Meteorologiya Xidməti hava şəraitinin pisləşəcəyini proqnozlaşdırır və çərşənbə axşamı gecə Şimal adasının ərazisində güclü küləklərlə müşayiət olunan leysan yağışları və güclü tufan gözlənildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu