"Qabriel" tropik siklonu Yeni Zelandiyada azı 9 nəfərin həyatına son qoyub


Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasını vuran "Qabriel" tropik siklonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində ən azı 9 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, indiyədək 9 nəfərin cəsədi tapılıb.

Təbii fəlakətdən sonra ailəsi və dostları ilə əlaqə saxlamayan 4,5 min rayon sakini haqqında da məlumatlar var. Lakin polis qeyd edir ki, bu məlumatların əhəmiyyətli bir hissəsi “bir-birini təkrarlayır”. "Hələlik hər zəngi yoxlamaq üçün texniki vəsait yoxdur. Yeni Zelandiya polisinin komissarı Endryu Koster bildirib ki, Şimal adasındakı şəhər və qəsəbələrdəki dağıntılar çox ciddidir, lakin ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağına inanmaq üçün heç bir əsas yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu