Qırğızıstanda güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qırğızıstanın şimal bölgələrinə təsir edən güclü külək nəticəsində 24 nəfər xəsarət alıb. Paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edilib.
Qırğızıstanın Səhiyyə Nazirliyi 24 nəfərin yaralandığını, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi isə 154 obyekt və çoxlu binanın zərər gördüyünü açıqlayıb.
Güclü küləyin sürətinin saniyədə 28 metrə çatdığı, bunun nəticəsində çoxlu ağacların aşdığı, bəzi binaların isə dam örtüyünün zədələndiyi qeyd edilib. Bəzi ərazilərdə elektrik enerjisi kəsilib, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bişkek meri Aybek Cunuşəliyev 28-i axşam saatlarında güclü küləklə əlaqədar Bişkekdə fövqəladə vəziyyət elan olunduğu barədə qərar imzalayıb.