Peru Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edib


Peru rəhbərliyi qonşu Ekvadorda baş verən hadisələrlə əlaqədar şimal sərhədindəki 5 bölgədə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.



Peru hökumətindən verilən açıqlamada, prezident Dina Boluartenin imzaladığı fərman çərçivəsində ölkənin şimal sərhədindəki 5 bölgədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Açıqlamada Ekvadorda davam edən zorakılıq dalğasının narahatlıqla izləndiyi və fövqəladə vəziyyətin tətbiq olunduğu Tumbes, Piura, Cajamarca, Amazonas və Loreto bölgələrinə hərbi qüvvələrin göndərildiyi qeyd edib.

Digər tərəfdən Kolumbiya hökumətindən verilən açıqlamada qonşu Ekvador sərhədinə əlavə hərbi birləşmələrin göndəriləcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu