"Araz" marketdə satılan şokoladdan qurd çıxdı - VİDEO+FOTO


"Araz" marketdən alınan şokoladdan qurd çıxıb.


AFN.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Süleymanova bildirib. O, qeyd edib ki, evlərinə yaxın olan "Araz" Supermarketdən alış-verişi daha çox ordan edir: "5-ci gün kilosu 17.85 manat olan şokolad alınıb. Yaxşı ki, süfrəyə qoymamışdıq. Qonaqlar gedəndən sonra çay içməyə götürdüm, konfeti yedim, klokda qurdu görəndə nə hala düşdüyümü yəqin təsəvvür edirsiniz. Yalnız təəssüf edirəm. Elə diksindim ki... Maddiyatı önəmli deyil, amma bir məhsul qurdlayıbsa yəqin ki, təzə olduğuna görə deyil".

Qeyd edək ki, "Araz" market sosial şəbəkələrdə yayılan bu məlumata reaksiya verib. Marketlər şəbəkəsindən baş verən halın təəssüf doğurduğu və məsələnin araşdırılacağı bildirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl "Araz" marketdə qurdlu xurma satılması ilə bağlı məlumat yayılmışdı. 20-ci sahə dairəsi yaxınlığında yerləşən "Araz" supermarketdə 2.99 AZN-ə alınan xurma qurdlu çıxmışdı. Həmin yazı ilə BURADAN tanış ola bilərsiz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu