Neapolda radar nasazlığı: Onlarla reys təxirə salındı


İtaliyanın Neapol şəhərindəki Kapodiçino hava limanında təyyarələrin yaxınlaşma zonasına nəzarət edən radar sistemindəki nasazlıq səbəbindən çoxlu sayda reyslərin ləğv edildiyi və gecikdiyi bildirilib.



İtaliyada hava trafikindən məsul qurum olan ENAV-dan verilən yazılı açıqlamada bildirilir ki, hava limanına yaxınlaşma sahəsindən məsul olan radar sistemindəki mexaniki nasazlıq səbəbindən Neapol Kapodiçino Hava Limanına gələn uçuşların sayı müvəqqəti olaraq azaldılıb. "Bu qərar sırf profilaktik tədbir olaraq alınıb ​​və təhlükəsizlik standartlarını qorumaq üçün zəruri hesab edilib" deyə açıqlamada qeyd olunub.



Bildirilir ki, ENAV hava limanının ən qısa zamanda tam fəaliyyət qabiliyyətinə qayıtması üçün resurslarını səfərbər edib.



İtaliyanın ANSA agentliyinin yaydığı məlumatda hava limanının radarındakı mexaniki nasazlıq səbəbindən 45 reys - 20 gəliş və 25 uçuşun təxirə salındığı bildirilib.



Mətbuatda yer alan digər xəbərlərdə isə Neapol Kapodiçino Hava Limanında gecikmələrin 4 saata qədər davam edəcəyi qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu