Peru hava limanında radar nasazlığı uçuşları dayandırıb


Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanında radar nasazlığı bir neçə uçuşun dayandırılmasına səbəb olub.


Səlahiyyətlilər açıqlamasında hava hərəkətini idarə edən qüllənin radar sistemində müvəqqəti nasazlığın olduğunu bildirib.

Hava nəqliyyatını idarə edən dövlət şirkəti "Corpac" verdiyi açıqlamada nasazlıq səbəbindən təhlükəsizlik protokollarının işə salındığını və ölkə daxilindəki bütün hava limanlarından uçuşların müvəqqəti dayandırılmasının tələb edildiyini açıqlayıb.

Radarın nasazlığı nəticəsində yaranan problem baqaj və qeydiyyat sistemlərinin sıradan çıxmasına, daxili və beynəlxalq uçuşlarda ciddi gecikmələrə səbəb olub.

Yerli KİV-in məlumatına görə, təxminən 62 dəqiqə davam edən fasilə 17-si daxili, 3-ü beynəlxalq olmaqla, ümumilikdə 20 uçuşa təsir edib.

Yerli vaxtla saat 15:35-də radar sisteminin yenidən işə salındığı və uçuşların normallaşdığı bildirilib.

Qeyd edək ki, oxşar nasazlıq fevralın 13-də həmin hava limanında baş verib və nəticədə bir çox reyslər ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu