İstanbuldan uçuşların dayandırılması müddəti uzadıldı


“Türk Hava Yolları” aviaşirkəti İstanbul hava limanından həyata keçirəcəyi bütün uçuşları Bakı vaxtı ilə 26 yanvar 01:00-a qədər dayandırıb.


“CNN Türk” xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Uçuşların dayandırılmasına səbəb İstanbulda hazırda yaşanan qarlı hava şəraitidir.

Xatırladaq ki, THY qar yağması və əlverişsiz hava şəraiti ilə əlaqədar hava limanında saat 04:00-a qədər bütün uçuşları dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu