Tennessidə göyərtəsində 20-yə yaxın sərnişin olan təyyarə qəzaya uğrayıb


ABŞ-ın Tennessi ştatının Tullahoma şəhəri yaxınlığında göyərtəsində təxminən 20 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştat polisinin X hesabında bildirilib. "Tennessi Şossesi Patrul Xidmətinin əməkdaşları qəza yerində Tullahoma polisinə kömək edir. İlkin məlumata görə, təyyarədə 16-20 nəfər olub. Onlardan bəziləri tibbi helikopterlə xəstəxanalara aparılıb" - deyə açıqlamada qeyd edilib.



Hadisə qurbanlarının sayı barədə məlumat verilməyib. CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu