ABŞ-ın Nebraska ştatında kiçik təyyarə qəzası nəticəsində bir nəfər ölüb

ABŞ-ın Nebraska ştatının Noks bölgəsində qəzaya uğrayan kiçik təyyarədə pilot ölüb.
Ştat rəsmiləri Knoxda baş verən kiçik təyyarə qəzası ilə bağlı açıqlama verib.
Səlahiyyətlilər bildiriblər ki, Noks bölgəsində qəzaya uğrayan “Rans S-19” tipli kiçik təyyarənin pilotu ölüb.
Bu qəzadan təxminən yarım saat sonra "Piper PA-28-140" tipli tək mühərrikli təyyarə eyni ştatın Ueyn bölgəsində qəzaya uğrayıb.
Həyatını itirən və ya yaralananlarla bağlı məlumat paylaşılmasa da, qəza ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Hər iki qəzanı araşdırmaq üçün bölgəyə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri göndərilib.
Mənbə: AA