Cənubi Koreyada hərbi təyyarə qəzaya uğradı: 4 nəfər axtarılır


Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində 4 nəfərin olduğu dəniz qüvvələrinə məxsus patrul təyyarəsi dağlıq ərazidə qəzaya uğrayıb.



"Yonhap" xəbər agentliyinin məlumatına görə, hadisə yerli vaxtla saat 13:50 radələrində baş verib. Təyyarə naməlum səbəbdən yerə çırpılıb.



Qəzanın ardından bölgə sakinləri dağlıq ərazidən qalxan tüstünü müşahidə edərək aidiyyəti orqanlara məlumat veriblər.



Pohang şəhərindən bir rəsminin "Yonhap"a verdiyi açıqlamada “Qəzaya uğrayanın dəniz qüvvələrinə məxsus bir təyyarə olduğu təsdiqlənib. Hazırda qəzanın səbəbləri və itkilərlə bağlı araşdırmalar aparılır,” – deyə bildirib.



Qəzaya uğrayan hərbi təyyarədə olan 4 nəfərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisənin səbəbi də hazırda araşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu