ChatGPT-nin işində problem yarandı

OpenAI tərəfindən hazırlanmış ChatGPT chatbotunun fəaliyyətində problem yaranıb.
AFN.az xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən "Downdetector" xidmətinin saytında məlumat yayılıb. Bildirilir ki, qəza bir sıra ölkələrdə müşahidə olunub.
Məlumata görə, botun işləməsindən 1,1 min nəfər şikayət edib. Bundan əlavə, istifadəçilərin 7%-i proqramda problem olduğunu qeyd edib, daha 1%-i isə daxil olmaqda çətinlik çəkir.
"Downdetector"un məlumatına görə, qəzalar Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, ABŞ, Yaponiya və digər ölkələrdə qeydə alınır.