Zelenski şiddətli döyüşlərin getdiyi bölgələri açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ən şiddətli döyüşlərin getdiyi ərazilərin adını açıqlayıb.
AFN.az UNIAN-a istinadən xəbər verir ki, o bu barədə ənənəvi videomüraciətində bildirib.
“Ən şiddətli və gərgin hərbi əməliyyatlar Pokrovsk istiqamətində, eləcə də Kursk əməliyyatı aparılan ərazilərdə və Sum vilayətinin sərhədyanı rayonlarında davam edir”, - deyə Ukrayna prezidenti vurğulayıb.