TikTok vasitəsilə kredit almaq istədi, 608 manatından oldu - VİDEO


10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.



AFN.az-ın xəbərinə görə, Ağdam sakini Loğman Əşrəfov bununla bağlı "Xəzər TV"-yə müraciətində bildirib. Onun sözlərinə görə, “TikTok” vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit tələb edib. L.Əşrəfov depoziti ödədikdən sonra nömrəsini bloka atıblar.



Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.



Daha ətraflı süjetdə:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu