İranda evli qadınların 60 faizi uşaq sahibi olmaq istəmir


İran parlamentinin Səhiyyə Komissiyasının sədr müavini Fatimə Məhəmmədbəygi bildirib ki, ölkəsində evli qadınların 60 faizi uşaq sahibi olmaq istəmir.


İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Məhəmmədbəyqi Məşhəddə keçirilən ikinci Milli Ümid Çəkilişi konqresində çıxış edib.

Məhəmmədbəyqi "Ölkəmizdə evli qadınların 60 faizi 35-49 yaş arasında, reproduktiv yaşdadır, lakin onların əksəriyyəti uşaq sahibi olmaq istəmir" deyib.

Ölkədə uşaq sahibi olma nisbətinin hər il 5 faiz azaldığını bildirən Məhəmmədbəyqi, 2017-ci ildə təxminən 10 milyon reproduktiv yaşda qadın və 2 milyon doğum olduğu halda, keçən il reproduktiv yaşda olan qadınların sayının 16 milyona çatmasına baxmayaraq, cəmi 980 min doğuşun reallaşdığını bildirib.

Məhəmmədbəyqi "Reproduktiv yaşda olan qadınların sayının artmasına baxmayaraq, doğumların azalması uşaq sahibi olmaq anlayışının "sərvət" deyil, "xərc" olaraq görülməsi ilə bağlıdır" deyib.

İran rəsmisi qeyd edib ki, dövlət qurumları ailələri uşaq sahibi olmağa həvəsləndirmək üçün üzərinə düşəni etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu