Səudiyyə Ərəbistanı 160 "Boeing" sifariş edib

Səudiyyə Ərəbistanı Amerikanın Boeing şirkətinə 160 təyyarə sifariş edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, sözügedən sifariş aviasiyada ən böyük sifarişdir.
"Boeing" sifarişi 160 təyyarə idi. Düşünürəm ki, bu, aviasiya tarixində ən böyük sifarişdir", - deyə Tramp Qətərdən BƏƏ-yə uçan zaman təyyarədə jurnalistlərə verdiyi açıqlamada qeyd edib.