Çin tariflərə görə "Boeing" təyyarələrini ABŞ-a geri göndərir

ABŞ və Çin arasında artan ticarət müharibəsinin yeni cəbhəsində Çin rəhbərliyi "Boeing"dən aldığı bəzi sərnişin təyyarələrini geri göndərmək qərarına gəlib.
ABŞ-da yerləşən təyyarə istehsalçısı “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq Çin hava yollarına təhvil verilməsi planlaşdırılan iki təyyarənin geri qaytarıldığını, üçüncü təyyarənin isə qısa zamanda geri göndəriləcəyini açıqlayıb.
Ortberg CNBC-yə verdiyi açıqlamada bu il Çinə göndərilməsi planlaşdırılan 50 təyyarənin tədarükünün ləğv edilmə riski altında olduğunu bildirib. "Boeing"in CEO-su Çinli müştərilərin tədarükləri qəbul etmək istəmədiyini söyləyib.
Ortberg, təhvil verilməmiş 41 təyyarənin fərqli müştərilərə yönəldilə biləcəyini söyləyərək, "Bəzi hava yolları tərəfindən ciddi tələbat var" deyib. O, hələ istehsala buraxılmayan 9 təyyarənin vəziyyəti ilə bağlı Çinli müştərilərdən dəqiq mövqe gözlədiklərini bildirib.
CEO "Biz tədarük edilməyəcək təyyarələrin istehsalına davam etməyəcəyik" deyib.
Ortberg investorlara ABŞ prezidenti Tramp və ya onun kabinet üzvləri ilə hər gün əlaqə saxladıqlarını bildirib. Bununla belə, o, danışıqlara ümid etdiyini bildirib.