Təyyarənin içi tüstü ilə doldu - Sərnişinlər təxliyə edildi


ABŞ-ın Corciya ştatında "Delta" Hava Yolları şirkətinə məxsus təyyarənin salonu tüstü ilə dolduqdan sonra sərnişinlər təxliyyə edilib.



ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Delta Air Lines" şirkətinə məxsus "Boeing" 717 sərnişin təyyarəsinin Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra salonunda görünən duman və ya tüstü səbəbiylə hava limanına geri döndüyünü açıqlayıb.

"Delta" Hava Yolları və FAA-nın verdiyi açıqlamada içərisində 94 sərnişin, 2 pilot və 3 stüardessa olan təyyarənin Cənubi Karolinaya gedərkən problem yaşadıqdan sonra Atlantaya qayıtdığı və təhlükəsiz eniş etdiyi bildirilib.

Bəzi sərnişinlər tərəfindən sosial mediada paylaşılan video qeydlərdə sərnişinlərin kabinədəki tüstüdən təsirlənməmək üçün paltarları ilə başlarını və üzlərini örtdükləri, yerə endikdən sonra slaydlar vasitəsilə təyyarəni tərk etdikləri görülüb.

Delta rəsmiləri məsələyə görə sərnişinlərdən üzr istəyib, FAA rəsmiləri isə problemin mənbəyi ilə bağlı araşdırma başlandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu