Ərdoğanla Zelenskinin görüşü başladı - YENİLƏNİB

Türkiyə və Ukrayna prezidentləri arasında görüş başlayıb.
Mətbuata qapalı keçirilən iclasda, həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb.
Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq.
Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.