Ərdoğan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal ölkədir

Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal ölkə ola bilər.
AFN.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan deyib. O, iki ölkə arasında danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün Türkiyədə səfərdə olub. Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib, münaqişənin nizamlanması ilə bağlı mövcud variantlar müzakirə edilib.