Tramp BƏƏ-yə səfərə gəlib

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun üçüncü mərhələsi üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib.
Trampı Zayed Beynəlxalq Hava Limanında BƏƏ prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan rəsmi mərasimlə qarşılayıb.
Yaxın Şərq turunun ilk mərhələsində Səudiyyə Ərəbistanına səfər edən Tramp, daha sonra turunun ikinci dayanacağı Qətərə, oradan da BƏƏ-yə keçib.
Bu tur Trampın prezident kimi ikinci müddətində keçən yanvar ayında başlayan ilk xarici səfəri hesab olunur.
Bu tur Trampın yanvarda başlayan ikinci prezidentlik müddətinin ilk xarici səfəri hesab olunur.