Kanadada meşə yanğınları nəticəsində iki nəfər ölüb


Kanadanın Manitoba əyalətində meşə yanğınları nəticəsində iki nəfər ölüb.



Bu barədə CTV kanalı polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yetkin kişi və qadın olduğu güman edilən iki nəfərin cəsədi Lac du Bonnet qraflığının Vendigo Road ərazisində aşkar edilib.

Son məlumatlara görə, yanğınların sahəsi 100 min hektardır.

Bildirilir ki, hazırda əyalətdə 24 meşə yanğını var və onların ümumi sahəsi 103 min hektardır.

Yanğınlar nəticəsində min nəfərə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu