Kanadada meşə yanğınları: 9 min insan təxliyə edilib
Kanadanın şimal-şərqindəki meşə yanğınları səbəbindən təxminən 9 min insan təxliyə edilib.
"CBC News"un məlumatına görə, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətlərindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün səlahiyyətlilər bir sıra tədbirlər görüb.
Ölkənin baş nazir Endryu Furey Vabuş, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və təxliyə olunmağa çağırıb.
Bölgədə səmanı nəhəng tüstü buludları bürüyərkən yanacaqdoldurma məntəqələrində uzun avtomobil növbələri yaranıb.
Nyufaundlend və Labrador əyalətində 11 yanğın davam edir.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin bir çox bölgələrində quru və isti hava şəraiti son illərdə böyük yanğınların baş vermə riskini artırıb.
Kanadada 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.
Ötən il ölkə tarixində ən pis yanğın mövsümünü yaşayıb və milyonlarla hektar meşə sahəsi yanaraq külə dönüb.