Rusiyada son 10 ildə gənc qadınların sayı kəskin azalıb


Rusiyada son 10 ildə 20-29 yaş arasında olan qadınların sayı 37,5 faiz azalıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada 7,5 milyondan bir qədər çox sayda 20-29 yaş arasında olan qadın yaşayır:

“Bu, 2010-cu illə müqayisədə 37,5 faiz azdır”.

Baş nazirin müavini bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması ölkədə doğumun azalmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu