ABŞ-da silahlı hücum nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında baş verən silahlı hücumda ilkin məlumata görə 2 nəfər həyatını itirib.
Texas polisi Ostin şəhərindəki bir ticarət mərkəzində silahlı hücum baş verdiyini açıqlayıb.
İlkin məlumata əsasən, 2 nəfəri qətlə yetirən şəxsin saxlanıldığı bildirilib.
Ostin polisi “X” hesabında paylaşdığı açıqlamada hadisə yerində təhlükəsizlik tədbirlərinin görüldüyünü və istintaqın davam etdiyini qeyd edib.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsin ağdərili kişi olduğunu, bölgədəki bəzi yolların növbəti göstərişədək nəqliyyata bağlandığını bildirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, hadisənin baş verdiyi ticarət mərkəzinin avtodayanacağında çox sayda polis və təcili yardım qrupunun olduğu, təhlükəsizlik tədbirləri gördüyü əks olunub.
Digər tərəfdən, polis hadisədə yaralananların olub-olmaması barədə açıqlama verməsə də, ABŞ mediasında yayılan xəbərlərdə ticarət mərkəzinə yaxın xəstəxanada 3-4 yaralının müalicə olunduğu iddia edilib.