Tbilisidə ticarət mərkəzində güclü yanğın olub


Tbilisidə “Axmeteli” metrostansiyası yaxınlığında yerləşən “Çempion” adlı ticarət mərkəzində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, alov bir neçə anbar və mağazanı əhatə edib.

Səhər saatlarında başlayan yanğının söndürülməsinə 21 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun yaxınlıqdakı qaz doldurma məntəqəsinə yayılması təhlükəsi olsa da, yanğınsöndürənlər partlayış təhlükəsinin qarşısını ala biliblər.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın artıq tam aradan qaldırılıb.

Ticarət mərkəzində olan malların 50%-dən çoxunu yanğından mühafizə etmək mümkün olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu