Moskvada ticarət mərkəzində yanğın olub- ÖLƏN VAR/VİDEO


Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.


AFN.az TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub.

Partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub.

Yanğın 5 min kvadrat metr ərazini əhatə edir.

Yanğının OBİ mağazasında elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu