Ermənistanda koronavirusa yoluxanların sayı 167 mini ötdü


Ermənistanda son sutkada 125 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.



“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 026-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 080-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 769-a yüksəlib. İndiyədək 157 519 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 658 aktiv koronavirus xəstəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu