Ermənistanda daha 8 nəfər koronavirusdan ölüb

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 094-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 3 047-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 753-ə yüksəlib. İndiyədək 154 932 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 362 aktiv koronavirus xəstəsi var.