Sudanda toqquşma qurbanlarının sayı 132 nəfərə çatıb


Sudanın qərbində yerləşən Qərbi Darfur əyalətindəki toqquşma nəticəsində ölənlərin sayı 132 nəfərə, yaralıların sayı isə 208-ə çatıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli hakimiyyətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Çaddan qanunsuz silahlılar Qərbi Darfurdakı yerli tayfalardan birinə yardım etmək məqsədilə mərkəzi Qeneyn şəhərinə hücum ediblər. Bildirilib ki, hakimiyyət sakinlərin silahlarını müsadirə etməyib, qanunsuz silahlılara qarşı atışmada öz vətəndaşlarını dəstəkləməyib və indiyədək bölgəyə hərbçilər göndərilməyib.

Bir müddət əvvəl toqquşma nəticəsində 87 nəfərin öldüyü, 191 nəfərin isə yaralandığı barədə məlumat yayılmışdı.

Məlumata görə, toqquşma aprelin 3-də başlayıb. Bu ilin yanvarında da Qeneyndə silahlı toqquşma baş vermişdi. 130 nəfər bu münaqişənin qurbanı olmuşdu.

2003-cü ildə Darfurda Sudan hakimiyyəti ilə separatçı qruplaşma arasında silahlı toqquşma baş verib. Müxtəlif mənbələrin məlumatına əsasən, bu toqquşmalar nəticəsində 300-500 min nəfər ölüb, 2,5 milyon nəfər qaçqın vəziyyətə düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu