Rusiyada pandemiya ilə bağlı son vəziyyət


Rusiyada son bir gündə daha 26 683 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 269 316 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 459 nəfər artaraq 39 527-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 761 457 nəfər sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu