Buz bağlayan yollar - SİYAHI


Hazırda Bakı şəhəri üzrə buz bağlayan yolların siyahısı açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxtda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib:

"Hazırda işlər davam etdirilir. Polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Mərkəz istiqamətində olan küçə və prospektində vəziyyət normaldır”.

"20 Yanvar körpüsü, "Şamaxınka dairəsi”, Ziya Bünyadov prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var. Bu istiqamətlərdən keçmək istəyənlər sürücülər sürət həddinə fikir verməli, ara məsafəsini qorumalıdırlar”, - deyə V.Əsədov əlavə edib.

Şöbə rəisi sürücülərə də müraciət edib:

"Enişli-yoxuşlu, sərt döngəli yollarda sürüşmə ehtimalı yüksəkdir. Manevr edən zaman diqqətli olsunlar. Texniki cəhətdən nasaz olan maşınlar avtomobil yollarında yol-nəqliyyat hadisələrin yaşanmasına şərait yaradır. Şəxsi avtomobildən istifadə edən sürücülər yol nişanlarının tələblərinə riayət etsinlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu